28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tənha yaşamağın fəsadları - Araşdırma

09.02.2019

Aparılan araşdırmalara görə, yalnızlıq artıq çəkili olmaqdan da daha böyük problemdir.
"Dövran Media" xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, yalnızlıq və özünü tənha hiss etmək duyğusu ömrü qısaldır. Bu da şişmanlığın mənfi təsirindən 20 faiz daha çoxdur.
Yalnızlığın insanı ölümə, intihara qədər aparmasına iki misal göstərmək olar. Məsələn, həbsxanada kimsə özünü pis aparanda onu hamıdan ayırıb, kimsənin olmadığı kameralara salırlar. Həmçinin yeni doğulan körpələr, insansız mühitdə qalsalar, qısa zamanda ölərlər.
Hazırda yalnızlıq ciddi problemlərdən birinə çevrilib və intiharlara, erkən ölümə, ağır xəstəliklərə səbəb olmaqdadır.
Təəssüf ki, bu "görünməz xəstəliyin" çarəsi isə, demək olar ki, yoxdur və ya tamamilə insanın özündən asılıdır.