05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

1310 nəfər Dövlət qulluğu üzrə test imtahanı verəcək

08.02.2019

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə fevralın 17-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.
DİM-dən  bildirilib ki, fevralın 8-nə olan məlumata görə, test imtahanında iştirak etmək üçün 1310 nəfər (BA-298, BB-1012) qeydiyyatdan keçib.
İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.
Xatırladaq ki, qeydiyyat fevralın 10-da başa çatacaq.