09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp və Kim Çen In görüşə bilər

09.03.2018

ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In may ayınadək görüşə bilərlər.
Yonhap agentliyi xəbər verir ki, bunu Koreya Respublikası prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çunq Euy-yonq Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib.
Cənubi Koreya rəsmisi bildirib ki, ABŞ prezidenti Donald Tramp KXDR liderinin dəvətini qəbul edərək ən qısa zamanda onunla görüşməyə razı olduğunu deyib.
Qeyd edək ki, Çunq Euy-yonq Şimali Koreyaya səfərlərinin yekunu barədə Seulda açıqlama verərkən demişdi ki, KXDR lideri Kim Çen In onlara nüvə silahsızlaşdırılması məsələsini ABŞ ilə müzakirə etməyə hazır olduğunu deyib. Kim Çen In hətta nüvə silahsızlaşdırılması məsələsinə nail olmağın onun atasının ölümqabağı son arzusu olduğunu da ifadə etmişdi.