29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldunun anasına xərçəng diaqnozu qoyuldu

08.02.2019

Turinin "Yuventus"futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun 64 yaşlı anası Doloreş Aveyruya süd vəzisi xərçəngi diaqnozu qoyulub.
"Dövran Media" xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. 
Bildirilir ki, Doloreş İtaliyaya, oğlunun 35 illiyinə səfəri ərəfəsində sağlamlığında problemlərin olduğunu etiraf edib.
"Məni Madriddə digər döşümdən əməliyyat etdilər, şüa terapiyasını keçdim və indi həyatım üçün mübarizə aparıram", - Ronaldunun anası Portuqaliya telekanallarından birinin efirində deyib.
Doloreş, həmçinin etiraf edib ki, onun qohumlarından heç kim əməliyyat barədə bilmir.
Ronaldunun anası artıq 2007-ci ildə süd vəzisi xərçənginə qalib gəlib. Onda sinəsinin sağ hissəsindəki şiş aradan qaldırılıb. Sonra o, uğurlu şüa terapiyası kursu keçib.
Daha əvvəl bildirilib ki, Turinin "Yuventus" klubunun kücumçusu ölkəsində aldığı dövlət mükafatlarından məhrum edilməyəcək.