29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mübariz İbrahimovun ev muzeyi tikilir - FOTOLAR

07.02.2019

Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tikilir.
Report-un məlumatına görə, ev muzeyi şəhidin doğulduğu Əliabad kəndində, onun yaşadığı evin həyətində tikilir. Artıq muzeyin inşasına bir aya yaxındır ki, başlanılıb.
Tikinti işləri Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.
Ev muzeyi bir mərtəbədən ibarət olacaq ki, burada da sərgi zalı yerləşəcək. Sərgi zalında qəhrəmana aid şəxsi əşyalar və onun həyat yolunu əks etdirən kitablar, fotolar qorunacaq. Muzeyin iki aya təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Qəhrəman 1988-ci ilin fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.