25 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Daniel Messerli: "İtkin düşənlərin 80%-i hərbçilərdir"

07.02.2019

 "Hazırda bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndəsi olan 4500 nəfər itkin düşüb".
Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin ( BQXK ) İtkin düşən şəxslərlə iş proqramının koordinatoru Daniel Messerli deyib.
O bildirib ki, həmin şəxslərdən 3800 nəfəri BQXK-nin Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb: "Qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80%-i hərbçilərdir".
D.Messeri əlavə edib ki, BQXK həyata keçirdiyi bütün layihələri müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır: "Toplanan məlumatlar Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınır. Gələcəkdə eksqumasiya zərurəti yaranarsa həmin baza məlumatlarından istifadə ediləcək".