29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirin oğlu vəzifəsindən getdi

07.02.2019

Azərbaycan Beynəlxalq Bank ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev öz ərizəsi ilə işdən çıxıb.
"Dövran Media" Unikal.org-a istinadən xəbər verir ki, o, qərarını Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının 2018-ci il dekabrın 25-də keçirilən iclasında açıqlayıb.
Şuranın həmin iclasında 2018-ci il üzrə maliyyə göstəricilərinə baxılıb, 2019-cu il üzrə büdcə layihəsi müzakirə edilib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verilib.
İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. Onun Almaniya şirkəti olan "Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.