29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbulda bina uçdu: Ölənlərin sayı artır - VİDEO

07.02.2019

İstanbulda Bankalar prospektindəki Cevizli məhəlləsi, Səma küçəsində altımərtəbəli bina çöküb.
12 mənzilin olduğu binanın dağıntıları altında insanların qaldığı ehtimal olunur.
Hazırda yerinə polis və yanğınsöndürənlər cəlb olunub, axtarış-xilasetmə əməliyyatı keçirilir.
***
Anadolu Respublika Baş Prokurorluğu çökən bina ilə bağlı istintaq başladıb.
Hadisə ilə bağlı lazımi araşdırma və tədqiqatların diqqətlə aparıldığı bildirilib.
***
İstanbulda çökmüş səkkizmərtəbəli binanın 7 mərtəbəsində 14 mənzil olub.
Birinci mərtəbəsində atelyenin fəaliyyət göstərdiyi bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə də tikilib. İlkin araşdırmalar əsasında ehtimal edilir ki, dağıntılar altında ən azı 43 nəfər qalıb.
Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.
**
İstanbulda binanın uçması nəticəsində 2 nəfər həlak olub.
Xilasedicilər dağıntıların altından 6 nəfəri xilas edə bilib.
***
İstanbulun Qartal rayonunda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Bu barədə İstanbul valise Əli Yerliqaya açıqlama verib.
"Xilasedicilər dağıntılar altında axtarışlar aparır. 12 nəfər yaralı var, onlardan 3-ü reanimasiyadadır. Təəssüf ki, daha bir nəfər də ölüb”, - vali bildirib.