09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Cumhurbaşkanlığıspor" - Ərdoğanın futbol klubu

06.02.2019

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada futbol klubunun yaradılmasına qərar verib.
Federasiyanın saytında bildirilir ki, Prezident Administrasiyasının nəzdində yaradılan klub "Cumhurbaşkanlığıspor" adlandırılıb. Yeni yaranan klub "Ankara-2" həvəskar futbol liqasında çıxış edəcək.
"Cumhurbaşkanlığıspor" Ankarada yetişən futbolçuları heyətinə cəlb etməyə və tezliklə peşəkar səviyyəyə qalxmağa çalışacaq.
Türkiyə mətbuatının yazdığına görə isə, klub hazırda Türkiyə I Liqasında mübarizə aparan "Osmanlıspor"un adını alacaq və növbəti mövsüm Super Liqaya vəsiqəni hədəfləyəcək.