08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çeçenistanda “Mi-8” uçuruma yuvarlanıb

08.03.2018

Sərhəd xidmətinin Mi-8 helikopterinin Çeçenistanda qəzaya uğramasına qəfil güclənən külək səbəb olub.
TASS informasiya agentliyinə xəbər verir ki, bunu Çeçenistanın başçısı Ramzan Kadırov Telegram kanalında deyib. Onun sözlərinə görə, sərhədçiləri düşürmək üçün aşağı enən helikopter yerdən iki metr aralıda asılı vəziyyətdə dayandığı vaxt külək qəfildən güclənib. Helikopter bərk yırğalanmağa başlayıb, iki sərhədçi özünü yerə ata bilib. Digər 7 nəfər içəridə qalıb və helikopter 150 metr hündürlüyü olan yarğandan uçuruma yuvarlanıb.
Kadırov bildirib ki, 5 cəsəd, həmçinin ağır yaralanmış 2 döyüşçü uçurumdan çıxarılıb. Onlardan biri hospitalda ölüb, digəri isə stabil ağır vəziyyətdədir.
Xatırladaq ki, sərhəd xidmətinə məxsus helikopter dünən səhər saatlarında Çeçenistanda dağlıq ərazidə qəzaya uğrayıb.