04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Balalarını küçədə qoyan qadına cinayət işi açıldı

05.02.2019

Bərdə rayonunda iki azyaşlı uşağın küçəyə atılması ilə bağlı cinayət işi başlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, Qazaxın Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Yeganə Osmanovanın iki azyaşlı uşağı şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün Bərdə rayonu, S. Vurğun küçəsinə ataraq getməsi faktı ilə bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsilə cinayət işi başlanıb. Cinayət işi istintaq edilməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.
Hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq hərəkətləri aparılır.
Bundan başqa, uşaqların təhlükəsizliyinin təmin edilməsi və aidiyyəti üzrə təhvil verilməsi üçün Rayon İcra Hakimiyyəti, xəstəxana və polis şöbəsinə məlumat verilib.
Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.