04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Marsda tapılan tabutdan Misirdə də var

05.02.2019

Ufoloq Skott Uorinq Marsda çəkilən fotoları nəzərdən keçirəndə maraqlı kəşfə imza atıb.
"Dövran Media" xarici mediaya istinadən bildirir ki, Uorinq qapağı olan daş tabuta bənzər obyekt aşkar edib.
Foto "Mars Sol 513" kamerası tərəfindən 2014-cü ilin 15 yanvar tarixində lentə alınıb. Obyekt, həqiqətən də, tabut olmasa da, qutuya oxşayır. Onun içi hazırda qumla doludur. Qapağı isə yanındadır. Bu tip daşlar Marsda əvvəllər kəşf edilməyib. Bu, əgər tabut və qutu deyil və təbii daşdırsa, yenə də çox maraqlıdır.
Uorinq ehtimal edir ki, bu, həqiqətən də, daş tabutun qalıqlarıdır. Eyni tabutları arxeoloqlar Misirdə də tapırlar. Alimin fikrinə əsasən, bu sərdabə soyğunçuluq zamanı talan edilib. İçində isə yadplanetlinin meyiti olub. Oğrular meyiti özləri ilə aparıblar.