04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni qurum yaradıldı

05.02.2019

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.