04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onu şərləyən şəxs cəzasını aldı

04.02.2019

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Elnur Rauf oğlu İbrahimova qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi bitib.
Hakim Rahibə Salmanovanın rəhbərliyi ilə aparılan son iclasda müqəssir 9 il müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin məhkəmədə digər zərərçəkmişin – Fərman Məmmədovun Həbib Axundova qarşı yalan ifadə verməsi də aydınlaşdırılıb.
Məhkəmə zamanı müqəssir bildirib ki, həbsdə olan zaman Fərman Məmmədovun adamları onu Həbib Axundova qarşı yalan ifadə verməyə məcbur ediblər:
"Xüsusilə Fərman bildirib ki, mən Həbib Axundova qarşı ifadə verməliyəm”.
Həmçinin Elnur İbrahimov məhkəmədə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axdundova və oğlu Həbib Axundovdan üzr istəyib:
"Təəssüf edirəm ki, bu müddədə mətbuatda onlar barəsində müxtəlif məlumatlar yayılıb”./1nyus.az/