08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meksika səfiri Göyçayda

06.03.2018


Regionlararası əlaqələri inkişaf etdirmək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Göyçay rayonuna səfər edib.
Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfir orada rayonun icra başçısı Mehdi Səlimzadə ilə görüş keçirib.
M. Səlimzadə rayonun kənd təsərrüfatı potensialı və iqlim xüsusiyyətlərindən danışıb.
R. Labardini isə Meksika barədə məlumat verib və rəhbərlik etdiyi diplomatik nümayəndəliyin fəaliyyətindən söz açıb. Qeyd edib ki, səfirlik regionlararası əlaqələrin gücləndirilməsini vacib və zəruri sayır. Məhz bunun üçün diplomatik missiyanın tədbirləri yalnız paytaxtda deyil, ölkənin digər rayon və şəhərlərində keçirilir.
Diplomat ölkənin ən çox inkişaf olunmuş sektorlardan biri olan Meksikanın kənd təsərrüfatından danışıb. O vurğulayıb ki, ABŞ bazarında satılan hər iki pomidordan biri və dünyada hər üç avokadodan biri Meksikada yetişdirilib.
Görüşdən sonra səfir süd və nar şirəsi istehsalı zavodlarında olub.