Sərkisyan   5 saat dindirildi 
    
                          
     
                         04.02.2019
 
    
                        Ermənistanın eks-prezidenti Serj Sərkisyan 1 Mart aksiyaları ilə əlaqədar açılan cinayət işi çərçivəsində şahid kimi dindirilib.
"Dövran Media" xəbər verir ki, "Aykakan Jamanak” qəzeti Sərkisyanın Xüsusi İstintaq Xidmətində 5 saat müddətində dindirildiyini yazıb. Onun yaxın zamanlarda yenidən dindirilməyə çağırılacağı vurğulanıb.
Qeyd edək ki, Sərkisyan 2008-2018-ci illərdə Ermənistan prezidenti olub.