03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

04.02.2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkür edib. 
"Habertürk”ün verdiyi məlumata görə, Ərdoğan bir neçə gün öncə Fətullahçı terror təşkilatının Azərbaycandakı rəhbərlərindən birinin Türkiyəyə təhvil verilmə məsələsinə toxunub. 
"Azərbaycan, Əliyev qardaşım sağ olsun, həmin şəxsi bizə təhvil verdi. Daha əvvəl də təslim edilənlər vardı. Eyni formada Kosova da 6-7 nəfəri bizə verib”, - R.Ərdoğan qeyd edib. 
O əlavə edib ki, Türkiyə FETÖ ilə mübarizəni davam etdirəcək və əməliyyatları gücləndirəcək. 
Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşündə FETÖ başçısı Fətullah Gülənin ekstradisiyası məsələsini yenidən qaldıracağını deyib.