03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yol polisini videoya çəkmək olar? - AÇIQLAMA

04.02.2019

 Bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsi yol polisi tərəfindən saxlanılan sürücülərin video-qeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı qeydə alıb yaymasına görə İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında cəzalandırılacağı haqda açıqlama yayıb.
"Dövran Media" xəbər verir ki, qurumun sözügedən məsələ ilə bağlı yaydığı açıqlama cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələyə münasibət bildirən nəqliyyat ekspertlərinin sözlərinə görə, hər hansı bir şəxsin icazəsi olmadan onun video və şəklinin çəkilməsi, səsinin yazılması şəxsi həyata müdaxilə sayıldığı üçün qanunla qadağandır. Lakin yol polisi ilə bağlı belə görüntülər o iş başında olduğu zaman çəkildiyi üçün bu, şəxsi həyata müdaxilə kimi qəbul edilmir.
Ekspertlər hesab edir ki, müxtəlif avadanlıqlar vasitəsi ilə bu tip görüntülərin lentə alınmasında heç bir qanun pozuntusu yoxdur. Əksinə, bu görüntülər kimin haqlı, kimin haqsız olduğunu ortaya qoyur.
Mövzunu şərh edən hüquqşünas Ərşad Hüseynov da bildirib ki, vətəndaşın yol polisini və baş verənləri həmin an videoya çəkib yayması qadağan deyil və buna görə heç bir cərimə nəzərdə tutulmur:
"Əvvəla, YPX haqqında təlimatda var ki, hərəkət iştirakçısını saxlayan və onunla danışan DYP əməkdaşının üstündə daim işlək səsyazan cihaz olmalıdır. Bu işlər patrul avtomobilinin videokamerasının görünüş sahəsində aparılmalı və hər şey qeydə alınmalıdır. Deməli, qanunvericilik özü maksimal şəffaflıq tələb edir”.
Hüquqşünasın sözlərinə görə, dünyanın bəzi ölkələrində video-qeydiyyatçının avtomobillərin məcburi təchizat avadanlığına çevrilməsi, yəni zavodda bütün avtomobillərə video-qeydiyyatçı qoyulması rəsmilər tərəfindən təklif edilib:
"Belə olan halda "video-registri yığışdırın!” yox, "video-registrdən geniş istifadə edin!” demək lazımdır. Məncə, XXI əsrin ikinci onilliyinin sonunda şəffaflaşmaqdan yaxşı şey yoxdur”.