03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda qeyri-adi fırıldaq

04.02.2019

Paytaxtın Xətai rayonunda hovuz aksesuarları mağazasında işləyən Bayram Əsədliyə fırıldaq gələrək xeyli malını ələ keçiriblər.
"Dövran Media" bildirir ki, bir nəfər hovuz aksesuarları mağazasına zəng edərək məhsul sifariş verib. Mağaza sahibinə deyib ki, məhsulları tanış sürücü ilə yola sal, pulunu ödəyəcəm. Dükan sahibi dırnaqarası müştərinin dediyi kimi edib, amma nəticə tamam fərqli olub. Sifarişçi malı qəbul edərək aradan çıxıb.
Mağaza sahibi onun su almaq adı ilə girdiyi dükanda kameraya düşmüş görüntülərini əldə etdiyini iddia edir. O bu görüntülər vasitəsilə fırıldaqçının tezliklə tapılacağına ümid edir.
Mağaza sahibi hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına da müraciət edib.