02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cümhuriyyətin elan edildiyi bina BAĞLANACAQ

03.02.2019

Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina bərpa olunacaq.
"Dövran Media" xəbər verir ki, Tiflis İnkişaf Fondu indiki "Gənclər sarayı” kimi fəaliyyət göstərən binanın yenidən qurulması ilə bağlı tender elan edib.
Tenderdə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpa olunmasında təcrübəyə malik olmalıdır.
Təkliflərin qəbulu fevral ayının 11-də başa çatacaq. Tenderdə qalib gələcək şirkət Tiflis İnkişaf Fonduna 10 dekabr 2019-cu il tarixinə qədər hazır layihə təqdim etməlidir.
"Gənclər sarayı”nın bərpa olunması işlərinə, ümumilikdə, 600 min lari (227 min dollar) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Saray Tiflisin mərkəzi Rustaveli prospekti 6 ünvanında yerləşir. 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demmokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.