08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kim Çen In yeni tarix yaratmaq istəyir

06.03.2018

"Dövran Media” Ria.novostiyə istinadən xəbər verir ki,Cənubi Koreya xüsusi nümayəndə heyətli ilə görüşündə KXDR lideri Kim Çen In vətəni birləşdirməklə yeni tarixə başlamaq niyyətində olduğunu bildirib,- bu haqda Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
Kim Çen In Koreya arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün əsas iradə və möhkəm istəyin olmasını da bildirib. Cənubi Koreya prezidentinin xüsusi elçisi ona məktub verərək catdırıb ki, Mun Çje İn yüksək səviyyədə görüş kecirmək niyyətindədir. KXDR-in lideri dərhal bunun üçün tədbirlər görməyi tapşıriq verib.
Agentlik bildirir ki, o, həmçinin Koreya yarımadasında kəskin hərbi gərginliyin azaldılması, çoxtərəfli dialoq və təmasların gücləndirilməsi məsələləri ilə bağlı yüksək səviyyəli fikir mübadiləsi aparıb.
Yığıncaqda Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini, KİP Birləşmiş Cəbhəsinin rəhbəri Kim Yon Çxol və Kim Çen Inın bacısı Kim Yo Çjon iştirak ediblər. Onlar Cənubi Koreyaya Olimpiya oyunlarının açılış və bağlanmasında iştirak etmək üçün gələn nümayəndə heyətin tərkibində olublar.
Bundan əvvəl, milli kəşfiyyat təşkilatının başcısı So Hun və prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Çon Iy Yon da daxil olmaqla 10 nəfərlik nümayəndə heyəti Pxenyana gəliblər.
Xatırladaq ki, So Hun 2000 və 2007-ci illərdə Şimal ilə Cənub arasında iki tarixi zirvə toplantısında mühüm rol oynayıb. Çon Iy Yon isə amerikalı həmkarı Herbert Makmaster ilə sıx əlaqə saxlayır.
Onlar Cənubi Koreya prezidentindən Kim Çen Ina məktub verməli, iki dövlət başçıları arasındakı görüşü müzakirə etməlı, həmçinin və Şimali Koreya ilə ABŞ arasındakı dialoqun bərpası üçün imkanlara aydınlıq gətirməli idilər.
Cənubi Koreya prezidentinə Pxenyana cəfər etmək təklifi Pxençxana Olimpiadaya gələn Kim Çen Inın bacısı tərəfindən edilib.

"DM"