Teleaparıcıya  AzTV-də vəzifə verildi 
    
                          
     
                         02.02.2019
 
    
                        "Beşinci element” verilişindən tanıdığımız teleaparıcı Ranar Musayevə AzTV-də  vəzifə verilib.
"Dövran Media"nın xəbərinə görə, bu barədə jurnalist Türkan Məmmədli AzTV-dəki mənbəyə istinadən məlumat yayıb. 
Onun sözlərinə görə Ranar artıq dünəndən  kollektivlə birlikdədir.
Qeyd edək ki, Ranar Musayev AzTV-nin bədii rəhbəri vəzifəsində Etibar Babayevi əvəz edib.