09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Hərbi hissəyə hücum: Ölən və yaralılar var

02.02.2019

İranın cənub-şərqində terror aktı törədilib.
Bu haqda İranın Mehr agentliyi məlumat yayıb.
Terrorçuların hədəfi  İranın İnqilab Keşikçiləri Korpusunun(İKK) Nikşəhr şəhərində yerləşən hərbi hissəsi olub. Hücum şəxsi heyət səhər ibadətində olan zamanı həyata keçirilib.
Nikşəhr şəhər prokuroru Möhsen Gülməhəmmədinin "Young Journalists Club News” agentliyinə verdiyi məlumata əsasən, hücum nəticəsində bir İKK əsgəri həlak olub, beş nəfər yaralanıb. Yaralılardan ikisinin ağır vəziyyətdə xəstəxanaya  təxliyə edildiyi bildirilir.
Hücuma görə "Ceyş-ul Ədl” terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
İnqilab Keşikçiləri Korpusu rəsmi bəyanatla Bəsic bazasına edilən hücumu və ölən və yaralı sayını təsdiqləyib. Qeyd edək ki, baza Sistan-Bəlucistan ostanının mərkəzi şəhəri Zahedandan 493 km şərqdə yerləşir.