İlham Əliyev Şirinov qardaşları ilə bağlı   SƏRƏNCAM İMZALADI 
    
                          
     
                         01.02.2019
 
    
                        										Prezident İlham Əliyev Sabir Şirinovun və Umud Şirinovun "İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Verilən xəbərə görə, sərəncamda deyilir ki, həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov "İgidliyə görə” medalı ilə təltif edilsinlər.
Qeyd edək ki, Şirinov qardaşları Ukraynada böyük şücaət göstərərək bir ailəni ölümdən xilas etməklə gündəmə gəlmişdilər. Onlar Ukraynada da ali medalla mükafatlandırılıb