02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aptek işçisi tutuldu - Azərbaycanda

31.01.2019

Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik "Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və dörd ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb.
Araşdırma aparılır.