03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Novruz bayramında qeyri-iş günlənləri acıqlandı

31.01.2019

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.
"Dövran Media" xəbər verir ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov özəl olaraq Trend-ə bildirib ki, bu il ilk - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.
X.Mikaylovun sözlərinə görə, martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq.
Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.
X.Mikayılov qeyd edib ki, martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.