02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Novruz çərşənbələrinin vaxtı DƏQİQLƏŞDİ

30.01.2019

2019-cu ildə Azərbaycanda Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər məlum olub.
Bu barədə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Belə ki, ilk olaraq, fevralın 26-da Su çərşənbəsi olacaq. Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi isə martın 12-də, sonuncu - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşməsi baş verəcək.
Qeyd edək ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 martda istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək.