03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Eldar Əzizov 3 idarəni ləğv etdi - RƏSMİ

30.01.2019

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qurumun bir neçə idarəsinin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
BŞİH-dən Report-a bildirilib ki, şəhər icra hakimiyyətinin yeni strukturu təsdiqlənib.
Qeyd olunub ki, yeni strukturda BŞİH-in tabeliyində olan 4 idarə əksini tapmayıb. Bunlar Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi və Bakı Şəhər Ekspertiza Mərkəzidir. Həmin idarələrin rəhbərləri və digər işçiləri sərəncama götürülüb.
Bundan başqa, şəhər icra hakimiyyətinin Başçısının aparatında da bəzi şöbələrin əsasında yeni şöbələr yaradılıb.
Xatırladaq ki, ötən ilin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.