Con Bolton Prezident İlham Əliyevə   zəng edib 
    
                          
     
                         30.01.2019
 
    
                        										Yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
"Dövran Media" publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.