08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azercell Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verdi

05.03.2018

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun
magazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir. Belə ki, Azercell
2 mart tarixində Qubada yeni konsepsiyaya uyğun artıq ikinci Eksklüziv mağazasının
açılışını edib. Quba şəhəri,Qələbə küç. 12 ünvanında yerləşən bu mağaza ən müasir
avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub.
Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim
imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə
edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər
məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da "izahlı
qaimə” və "addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri
mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil
texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda
mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Qubada fəaliyyət
göstərəcək bu mağaza da həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan
axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.
Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli
kampaniyasını təqdim etdi. Belə ki, açılış günündə Quba Azercell Eksklüziv
mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində
hədiyyə əldə edə biləcəklər.
Azercell Telekom yaxın il ərzində yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu
genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi
ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir.
Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in
şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə
99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.
Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası,
öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin
qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M
xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri
xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil
elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G
xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless
Solutions şirkəti, eləcə də "Opensignal” və "Testmy.net” kimi simsiz rabitənin əhatə
dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların
nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən
yüksək göstəricilər nümayiş etdirmişdir.
"DM"