07 09 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Polis məntəqəsinə hücum: Ölənlər var

29.01.2019

Pakistanın Bəlucistan vilayətinin Loralay şəhərində polis məntəqəsinə hücum nəticəsində azı 2 polis ölüb,19 nəfər yaralanıb.
"Dövran Media" report-a istinadən xəbər verir ki, dörd silahlı şəxs məntəqəyə daxil olaraq atəş açıb. Bu bölgədə həmçinin partlayış səsi eşidilib. Hücum edənlərdən ikisi cavab atəşi ilə məhv edilib.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib, 4 nəfər ağır vəziyyətdədir.
Atışma zonası mühasirəyə alınıb, olay yerinə əlavə polis bölmələri cəlb olunub.
Hücum edənlərin motivləri və onların terror qruplarından hansınasa üzv olub-olmaması hələlik müəyyənləşdirilməyib.