04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Reklamla bağlı iki məcəllədə DƏYİŞİKLİK

29.01.2019

Reklam qurğularının tikintisinə icazənin verilməsi proseduru sadələşdirilir.
"Dövran Media"nın məlumatına görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilir.
Məcəllənin 81-ci (Reklam qurğularının tikintisinə icazənin verilməsi) maddəsinə əsasən, hazırda açıq məkanda ölçülərindən asılı olmayaraq, reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir.
Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir.
Dəyişikliklə reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadratmetrdən az olduqda, tikintiyə icazə sənədinin alınmasına ehtiyac olmayacaq.
Layihə parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.