09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ankarada təhlükəsizlik tədbirləri gücləndirildi - SƏBƏB

05.03.2018

Ankara polisi paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib.
Paytaxt rəhbərliyi belə bir qərarı ABŞ-ın təhlükəsizlik baxımından martın 5-də Türkiyədəki səfirliyinin işini dayandırması ilə bağlı bəyanatından sonra qəbul edib.
Məlumata görə, Amerika vətəndaşlarının yaşadığı yerlərdə təhlükəsizlik tədbirləri xüsusilə gücləndirilib.
Qeyd edək ki, ötən gün ABŞ səfirliyi ölkədə olan vətəndaşlarına müraciət edərək martın 5-də səfirliyin paytaxtda fəaliyyətini dayandıracağı barədə məlumat yayıb.
Səfirliyin işini yenidən nə vaxt bərpa edəcəyi barədə isə hələki məlumat verilmir./Trend/