Azərbaycanlılar Belçikadan    deportasiya edildi 
    
                          
     
                         29.01.2019
 
    
                        Belçika Krallığından azərbaycanlılar Nəsibov Sənan Cəfər oğlu, Salahov Səlahəddin Sabir oğlu və İsayeva Nazilə İsa qızı deportasiya olunublar.
"Dövran Media" xəbər verir ki, azərbaycanlılardan biri Azərbaycan, biri Özbəkistan, digəri isə Ukrayna vətəndaşıdır.
Onların deport olunmasına səbəb yaşamaq izni ilə bağlı müraciətlərində yerli qanunvericiliyin tələblərinə ciddi əməl etməmələridir. Belə ki, müraciət edən azərbaycanlılar miqrasiya nümayəndələrinə yanlış məlumat veriblər.