05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu türk ölkəsi İrəvanın bazarına girir

29.01.2019

Qazaxıstan şirkətlərindən biri Ermənistana benzin ixrac etməyə çalışır.
"Dövran Media" xəbər verir ki, "Qraparak” qəzeti "inqilabdan sonra” çoxlarının Ermənistanın yanacaq bazarına girməyə çalışdığını qeyd edib. Bildirilib ki, artıq 6 aydır İrəvan meriyası benzin və qazdoldurma stansiyalarına ərazi verilməsiylə bağlı normativlər hazırlamağa çalışır:
"Qazaxıstan şirkətlərindən biri Ermənistana benzin ixrac etməyə çalışır və hətta İrəvandakı Tumanyan-1 ünvanında özünə ofis də tutub. Bu şirkətin direktor müavini vəzifəsini Ermənistanın Qazaxıstandakı keçmiş səfiri Ara Saakyanın tutacağı gözlənilir”.
Qeyd edək ki, Ermənistana benzin daha çox Rumıniya, Rusiya və Qazaxıstandan daxil olur. Qazaxıstandan Ermənistana benzin ixracına indiyə qədər hazırkı prezident Armen Sərkisyan nəzarət edib.
Ara Saakyana gəlincə isə o, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Ümummilli Hərəkatı Partiyasının aktiv üzvlərindəndir. Saakyan bu partiyadan müxtəlif illərdə parlamentə deputat seçilib.