05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampla Kimin görüşəcəyi ŞƏHƏR - AÇIQLAMA

29.01.2019

Vaşinqton və Pxenyan ikinici ABŞ-Şimali Koreya sammitinin fevralın sonunda Vyetnamın Dananq şəhərində keçirilməsi barədə razılığa gəlib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Kommersant” yazıb.
Görüşün keçirilməsi nəzərdə tutulan Dananq şəhəri Vyetnamın böyüklüyünə görə beşinci şəhəridir. 2017-ci ildə bu şəhərdə Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammiti keçirilib.
Xatırladaq ki, Donald Tramp və Kim Çen İn arasında ilk görüş 2018-ci ilin iyununda Sinqapurda keçirilib. Sözügedən görüşdə tərəflər Şimali Koreyanın nüvəsizləşdirilməsi və Pxenyana qarşı Qərb koalisiyasının təzyiqinin azaldılması barədə razılıq əldə ediblər.