03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çoxları qorxur, amma o, illərdir çörəyini bu sənətdən çıxarır

27.01.2019

"Bir dəfə yuduğum meyitlərdən birindən çox təsirləndim. 2 il əvvəl həyatını itirən bir nənə gətirdilər. Yuyarkən ondan gələn o gözəl qoxunu heç cür unuda bilmirəm"
Bursanın İnegöl qəsəbəsinin bələdiyyə xidmət evində vəzifə yerinə yetirən qadınlar hər gün onlarla meyit yuyub, kəfənləyir. Aldıqları təhsil və sertifikat nəticəsində ölüləri yumağa başlayan qadınlar, adı belə qorxunc olan peşələrini sevərək edirlər. 
"Dövran Media" xəbər verir ki, bir çox qadının görməyə belə qorxduğu ölüləri yuyub, təmizləyib, kəfənləyən qadın xidmətçilər peşələrindən dolanırlar. Cəsarət edilməsi çətin olan bir peşəni icra edən qadın xidmətçilərdən biri də Fatma Topçudur.
3 qadın ildə minə yaxın ölü yuyur, eyni zamanda ölü yaxınlarının ağrılarını hiss edirlər. 32 ildir bu peşənin öhdəsindən gələn Fatma Topçu, "Həyat yoldaşım dindardır. Bu peşəyə qayınanam təşviq etdi. Sən edərsən, cəsarətlisən, qorxmursan dedi. O zaman 20 yaşım vardı və 32 ildir bu işi icra edirəm. Bizim işimizdə qəzalar da ola bilir, körpələrdə, yəni hər cür hadisə baş verir. Təbii insan kədərlənir, amma hər şey burada qalır. İşimiz bitir gedir, amma onu evə yansıtmayırıq. Ətrafımda işimi eşidənlərin fərqli reaksiyaları olur. Bəziləri qorxur, bəziləri çəkinir. Bəziləri mənim bişirdiyim yeməyi yemək istəmirdi. Mən də onlara biz maska taxırıq, əlimizdə əlcək, ayağımızda çəkmələrimiz var, yəni hər cür gigiyenik qaydalara əməl edirik. Yoxsa mən də yeyə bilməm. Bəzi insanlar iyrənir, Allaha şükrlər olsun ki, mənim belə bir xasiyyətim yoxdur" deyir. 
İlk meyiti bir kənddə yuduğunu ifadə edən Topçu nitqinə belə davam edir:
"Mən çox cəsarətli biriyəm. Məndə elə də çox mərhəmət duyğusu yoxdur. Yudum və heç qorxmadım. Burada yuduğum meyitlərdən birindən çox təsirləndim. 2 il əvvəl həyatını itirən bir nənə gətirdilər. Yuyarkən ondan gələn o gözəl qoxunu heç cür unuda bilmirəm. Burada işimiz bitdikdən sonra evimizə gedirik. Evdə gedərkən hər şeyi unuduruq. Bu işi cəsarəti olanlar edər, lakin çox həddindən artıq dərəcə mərhəməti olsan, qəti edə bilməzsən. Gələn cənazələrdə yaxınları da içəriyə girərək bizlərə yumaqda yardım edirlər. Bəzən meyitin  şəkilini çəkmək istəyirlər. Biz də onlara olmaz deyə tövsiyə edirik. Çünki meyiti hər gördükləri zaman kədərlənəcəklərini və dinimizdə də belə şeyə yer olmadığını söyləyirik. "Bu tez-tez yaşadığımız bir hadisə deyil, amma nadir hallarda olur. Təbii, onlar kədərləndiyi zaman biz də üzlülürük. Gənc biri olduğu zaman, onlar çox ağlayır, hələ bir də anaları olduğu zaman bizə də təsir edir. İndi 4 meyit yudum, heç birinin üzü ağılıma gəlmir, unutdum getdi".