04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sarı jiletlər aksiyasının yeni mərhələsi başladı

26.01.2019

Fransada "sarı jiletlər” aksiyasının 11-ci mərhələsi başlayıb. Etiraz aksiyası paytaxtda müxtəlif məhəllələrdə keçiriləcək.
"Dövran Media" xəbər verir ki, bu həftə aksiyalar həmişəkindən fərqli olaraq Paris və Bordo şəhərlərində "sarı gecə” aksiyası ilə davam edəcək.
Bildirilir ki, etiraz aksiyaları zamanı polisin LBD silahlarından istifadə etməsi bir çox aksiyaçının ağır yaralanması ilə nəticələnib. Aksiya iştirakçılarının polisin belə silahlardan istifadə etməməsi çağırışlarına hökumət məhəl qoymayıb və LBD silahlardan istifadə olunacağı bildirilib.
Bu həftə "sarı jiletlər” aksiyaçılarına etiraz edən yeni "qırmızı yaylıqlar” aksiyası da keçiriləcək.
"Sarı jiletlər” aksiyası səngimədiyi bir vaxtda Sartruvil şəhərində milli debatlara qoşulan Baş nazir E.Fillip "vətəndaş təşəbbüsü referendumu”nun əleyhinə olduğunu bildirib.
Qeyd edək ki, "vətəndaş təşəbbüsü referendumu” "sarı jiletlər”in əsas tələblərindən biridir.