03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Narkotacirlər yaxalanıb

26.01.2019

DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini S.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə S.Babayevin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini M.Mütəllimzadə və ona da narkotik vasitəni satmaqda şübhəli bilinən Müşfiq qəsəbə sakini N.Abdullayev saxlanılıblar. N.Abdullayevdən metamfetamin aşkar edilərək götürülüb.