04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Venesuelada yüzlərlə etirazçı həbsdədir

26.01.2019

Venesuelada ictimai-siyasi gərginlik davam edir. Maduro hökumətinə qarşı kütləvi etirazlarda saxlanılan insanların sayı 500 nəfərə çatıb.
"Dövran Media" xəbər verir ki, bu haqda "Ria Novosti” məlumat yayıb.
Bazar ertəsindən ölkənin bir çox şəhərlərində, başlıca olaraq paytaxt Karakasda Maduronun istefası tələbi ilə keçirilən etirazlar səngimək bilmir.
Venesuela milli qvardiyası və xüsusi təyinatlı dəstə üzvləri evlərə reydlər edərək, müxalifyönlü fəalları həbs edir.  
"Cinayət Forumu” qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero həbs olunanlar arasında yetkinlik yaşına çatmamış azı 14 nəfərin olduğunu bildirib.