03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp onlara güzəşt etdi

26.01.2019

ABŞ prezidenti Donald Tramp Konqresin qəbul etdiyi müvəqqəti büdcəni öz imzası ilə təsdiqləyib. Büdcə haqqında qanun bir sıra federal qurumların fevralın 15-ə kimi maliyyələşdirilməsini nəzərdə tutur.
"Dövran Media" xəbər verir ki, bu haqda "Reuters”  məlumat yayıb.
Müvəqqəti büdcə qüvvədən düşənə qədər Konqresdə olan demokratlarla respublikaçılar federal qurumların uzunmüddətli şəkildə maliyyələşdirilməsi ilə bağlı orta məxrəcə gəlməlidir. 
Danışıqlarda tərəflər eyni zamanda Meksika divarının tam inşası üçün federal büdcədən vəsaitin ayrılıb-ayrılmayacağını müəyyən edəcək.
Habelə, Ağ Evin mətbuat katibi Sara Sanders öz Twitter səhifəsində Trampın 21 gündən sonra "demokratların xeyir-duasının olub-olmamasından asılı olmayaraq” Meksika divarının inşasına başlayacağını açıqlayıb.
Qeyd edək ki, Tramp administrasiyası ilə Konqresin demokratları arasında "Meksika divarı” ilə bağlı düşən ixtilafa görə, ABŞ tarixinin ən uzun müddətli "şatdaun”u qeydə alınıb. Büdcə qəbul olunmadığından bir çox federal qurumlar maliyyə mənbəyindən məhrum olub.