Türkiyə ordusu 131 bölgəni ələ keçirdi  - Xəritə 
    
                          
     
                         04.03.2018
 
    
                        					Türkiyə ordusu Afrinin Şeyx Hadid bölgəsini ələ keçirib.
"Dövran Media" xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvələri yayıb.
Şeyx Hadid bölgəsi ilə bərabər Mustakan, Hacı Xəlil, Əli Bədirli, Kırıklı kəndləri də Türkiyə ordusunun nəzarətinə keçib. Nəticədə əməliyyatların başlanğıcından bu yana PYD-nin nəzarətindən xilas edilən bölgələrin sayı 131-ə çatıb.
Ordu həmçinin son 24 saat ərzində 178 terrorçunu məhv etdiyini açıqlayıb.