03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onun AzTV-yə qayıdışı böyük hadisədir - ŞEYX DANIŞDI

25.01.2019

Rejissor Ramiz Həsənoğlunun yenidən televiziyaya, yaradıcılıq birliyinə qayıtması çox gözəl hadisədir.
Bu sözləri Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru vəzifəsinə tanınmış rejissor Ramiz Həsənoğlunun təyin edilməsinə münasibət bildirən əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov deyib. O vurğulayıb ki, R.Həsənoğlunun qayıdışını AzTV-də əvvəlki ənənələrin yenidən canlandırılması kimi qiymətləndirmək olar:
"Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru vəzifəsinə xalq artisti Ramiz Həsənoğlunun gətirilməsinə çox sevindim. Onun kimi yaradıcı insanlar azdır, hətta demək olar ki, yox səviyyəsindədir. Ramiz bəy uzun illər kinostudiyada çalışıb. Bu qayıdış o deməkdir ki, bizim əvvəlki kimi gözəl televiziya filmlərimiz, tamaşalarımızın ərsəyə gəlməsi ənənəsi geri qayıdacaq. Düşünürəm ki, çörəyi çörəkçiyə vermək çox gözəl ənənədir”.
Qeyd edək ki, tanınmış rejissor, xalq artisti Ramiz Həsənoğlu Azərbaycantelefilm Yaradıcılıq Birliyinin direktoru təyin edilib.