03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AzTV-də bütün sistem dəyişir

25.01.2019

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) islahatlar tək kadrlar üzrə yox, yaradıcılıq və texniki qaydalar üzrə də davam etdirilir.
"Dövran Media" xəbər verir ki, QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov keçmiş sədr Arif Alışanovun quruma topladığı qohum-əqrabasını təmizləmək, maliyyə fırıldalıqlarını aradan qaldırmaqla yanaşı, yaradıcılıq sistemində də ciddi dəyişiklik edib.
Bunlardan biri vaxtilə AzTV ənənəsi kimi formalaşan teletamaşaların çəkilişi ənənəsinin geri qaytarılmasıdır. Belə ki, keçmiş sədr Nizami Xuduyevdən sonra sədr postunu tutan Arif Alışanovun zamanında qurumda teletamaşa ənənəsi də məhv edilərək sıradan çıxarılmışdı.
Artıq bu ənənənin yenidən formalaşması üçün müvafiq yaradıcılıq və kadr təyinatı ilə bağlı qərarlar verilib. R.Məmmədovun əmri ilə "Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru Səyavuş Məmmədovun azad edilərək, onun yerinə "Ac həriflər”, "Yaşıl eynəkli adam”  və b. teletamaşaların müəllifi, Xalq artisti Ramiz Həsənoğlu təyin edilməsi də bunun tərkib hissəsidir.
Bundan başqa, dövlət televiziyasının studiya quruluşunun, verilişlərin formatının və məzmunun Rusiya, Avropa və ABŞ teleməkanı təcrübələrinə əsasən yenilənməsi ilə bağlı da qərarlar qəbul edilib ki, yaxın zamanda bunun tətbiqinə də start veriləcək.
Digər qərarlarla isə Rövşən Məmmədov maliyyə şəffaflaşdırılmasında daha bir neçə kadr islahatı həyata keçib. Belə ki, qurumun baş mühasibi Məmmədəli Ağayev və iqtisadiyyat departamentində şöbə müdiri Malik Nağıyev tutduqları vəzifədən azad ediliblər. 
AzTV-nin yeni rəhbərliyi digər qərarla qurumun maliyyə və iqtisadi məsələlər üzrə rəhbərliyini vəzifədən azad edib, bir sıra ölkələrdə teleradionun bürosunun təmsilçiləri azad olunub və audit yoxlamalarına başlanılıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.