04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Senat Trampın təklifini qəbul etmədi

25.01.2019

ABŞ Senatı Prezident Donald Trampın bir aydan çoxdur davam edən və federal hökumətin işini müvəqqəti dayandırdığı "şatdaun"un dayandırılması üzrə təklifini qəbul etməyib.
"Dövran Media" report-a istinadən xəbər verir ki, Demokratlar Partiyasının təşəbbüsü də səsvermədən keçməyib. Səsvermə zamanı heç bir sənəd lazımi 60 səsi toplamayıb.
Hökumətin işinin dayandırılmasına görə, təqribən, 800 min federal işçi əmək haqqısız qalıb. Daxili Təhlükəsizlik, Nəqliyyat, Ədliyyə nazirliklərində, Dövlət Departamentində və FTB-də ödəmələrlə bağlı problemlər yaranıb.
Bununla əlaqədar, CNN-in məlumatına görə, Ağ ev ABŞ Prezidenti Donald Trampa ölkədə cənub sərhədi boyunca fövqəladə vəziyyət elan olunması üzrə təcili bəyannamə layihəsi hazırlayır. Fövqəladə vəziyyət üzrə qərar qüvvəyə minərsə, Tramp Administrasiyası Meksika ilə sərhəddə divar tikmək üçün 7 milyard dollar ayırmağı planlaşdırır. Telekanal qeyd edir ki, Tramp fövqəladə vəziyyət elan edərsə, demokratlar buna məhkəmə yolu ilə etiraz edəcəklər.
Xatırladaq ki, Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılması məsələsi ilə əlaqədar dekabrın 22-də Konqresin yeni büdcə üzrə razılıq əldə edə bilməməsi səbəbindən ABŞ-ın bir sıra federal qurumları işini qismən dayandıraraq"şatdaun" rejiminə keçiblər.