04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yanan avtomobildən ailəni xilas edən qardaşlara orden verildi - FOTO

25.01.2019

Ukraynanın Nikolayev vilayət şurasının rəhbəri Viktoriya Moskalenko həyatlarını təhlükəyə ataraq, yanan avtomobildən ailəni xilas edən azərbaycanlı qardaşlar Ümid və Sabir Şirinovu "Müqəddəs Nikolay Xaçı" ordeni ilə təltif edib.
"Dövran Media" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Nikolayev vilayət şurasının mətbuat xidməti məlumat yayıb.Xatırladaq ki, hadisə yanvarın 19-da Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.
"Mən səmimi qəlbdən sizə təşəkkür etmək istəyirəm. Nikolayev sakinləri sizin necə qəhrəmancasına addım atdığınızı bilirlər. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız. Regionda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm. Sizə "Müqəddəs Nikolay Xaçı" ordeni təqdim edirəm. Bu mükafatı biz Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyan, eləcə də, kimlərinsə həyatlarını qurtaran şəxslərə veririk", - şura sədri bildirib.
Nikolayev bölgəsindəki Ukrayna Fövqəladə Hallar Baş İdarəsindən bildirilib ki, Şirinov qardaşlarının "İlin qəhrəman xilasedicisi" aksiyasında iştirak üçün namizədliklərini təklif edəcəklər.