Usubovdan yeni rəis  - Təyinatları 
    
                          
     
                         24.01.2019
 
    
                        Şəki rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev vəzifəsindən azad edilib.
"Dövran Media"nın məlumatına görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Bildirilir ki, Əbülfət Rzayev Nəsimi rayon Polis İdarəsinin rəisi təyin edilib.
Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov isə vəzifəsindən azad edilərək Şəki rayon Polis Şöbəsinə rəis təyin olunub.