05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Timoşenko yenə prezident olmaq istəyir

23.01.2019

"Dövran Media” Rusiya mətbuatına istinadən xəbər verir ki, "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko çərşənbə günü Ukraynanın prezidentliyinə namizəd kimi qeydiyyatdan keçmək üçün Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim edib. Bu barədə onun mətbuat katibi Marina Soroka bildirib.
Bu, Timoşenkonun prezidentliyə mübarizədə üçüncü cəhdi olacaq. Timoşenko 2010-cu ildə səs vermənin ikinci turunda Viktor Yanukoviçə 3,48 faiz uduzub. 2014-cü ildə isə o, ilk turun nəticələrinə əsasən president seçilmiş Petro Poroşenko ilə mübarizədə məğlub olub.
MSK beş gün ərzində qərar qəbul etməlidir.Ukraynadakı prezident seçkiləri martın 31-də keçiriləcək. Seçki kampaniyası rəsmi olaraq dekabrın 31-də başlamışdır. Həmin gün namizədlərin irəli sürülməsi və sənədlərin MSK-ya təqdim edilməsi başlanıb.
"DM"