27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaqland Avropa Şurasının fəaliyyətsizliyini etiraf edib

23.01.2019

Avropa Şurasının Azərbaycan qaçqınlarının kəskin problemini həll etmək üçün mexanizmləri və vasitələri yoxdur.
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında azərbaycanlı millət vəkili Rəfael Hüseynovun sualını cavablandırarkən deyib.
Rəfael Hüseynov T.Yaqlanda aşağıdakı sual verib:
"Hörmətli cənab baş katib! Siz baş katib olduğunuz müddətdə bir milyondan çox azərbaycanlı qaçqının problemini həll etmək üçün heç bir praktiki addım atmamısınız. Ümumi sözlər və məsələni ATƏT-ə yönləndirmək əvəzinə siz yüksək vəzifənizdən istifadə edib konkret addımlar ata bilərdiniz. Heç bir addım atmadığınız üçün məsuliyyət hiss edirsinizmi, yoxsa bunu normal hesab edirsiniz?"
T.Yaqlanda, öz növbəsində, suala bu cür cavab verib:
"Azərbaycanlı qaçqınlara gəldikdə, mənim bu problemi həll etmək üçün vasitələrim yoxdur. Mən ATƏT və ya BMT-yə, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinə müraciət etsəydim, fikrimcə onlar da deyəcəkdi ki, mənim bu problemin həlli üçün mexanizmlərim yoxdur. Mənim bu cür mandatım yoxdur. Bizim mandatımız başqadır və biz onu reallaşdırmağa çalışırıq. Sizin xatırlatdığınız və həqiqətən də çox kəskin olan problemin Avropa Şurası tərəfindən həll olunması imkanlarını görmürəm. Mən başqa bir şey deyə bilmərəm. Əlbəttə, bu, həmin vəziyyətdə olanlar üçün dəhşətli vəziyyətdir".