27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskvada azərbaycanlı pianoçunun konserti olacaq

22.01.2019

"Dövran Media" AzərTac-a istinadən xəbər veirir ki, Moskvanın "Başmet-tsentr” Mədəniyyət və Yaradıcılıq Evində Riad Məmmədov triosunun konserti olacaq.
Mərkəzin mətbuat xidmətinın məlumatına əsasən, kollektiv moskvalı musiqisevərlərə muğam janrında interpretasiya təqdim edəcək. Konsertlə bağlı mətbuat üçün açıqlamada deyilir: "Moskva səhnəsində ilk dəfə olaraq Azərbaycan xalq yaradıcılığının unikal peşəkar janrı olan muğamın təqdimatı olacaq. Caz-muğamının bütün dünyada cəmi bir neçə professional ifaçısı var ki, onlardan bir də bu musiqi janrını təkcə praktiki deyil, həm də elmi cəhətdən təqdim edən Riad Məmmədovdur.
Konsertin proqramına klassik və caz musiqisinin nümunələri daxil edilib. Pianoçu Riad Məmmədov, kontrabasçı İqor Kondur və zərb alətləri ustası Yevgeni Ryaboyun ifasında muğamla yanaşı, Frederik Şopenin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərləri səslənəcək.